Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq həmkarlar ittifaqları təşkilatlarından AHİK-ə ünvanlanan məktublarda Azərbaycan xalqının haqq işi dəstəklənir

Qardaş Türkiyənin həmkarlar ittifaqlarının rəhbərləri, o cümlədən “Hak-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Mahmud Arslan, “Türk-İş” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ergün Atalay, “Memur-Sen” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Ali Yalçın, “Türk-Metal” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Pevrul Kavlak, eləcə də Albaniya Müstəqil Həmkarlar İttifaqları Birliyinin prezidenti Gezim Kalaya AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin ünvanına göndərdikləri məktublarda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozmasını, dinc əhalimizin məskunlaşdığı əraziləri atəşə tutmasını qınadıqlarını, Azərbaycan Ordusunun düşmənə qarşı əks-hücumlarını qətiyyətlə dəstəklədiklərini, xalqımızın haqq işi uğrunda mübarizəsinə həmrəy olduqlarını ifadə edirlər. Bu barədə AZƏRTAC-a AHİK-dən məlumat verilib.
Həmkarlar İttifaqları rəhbərləri əmin olduqlarını bildirirlər ki, Azərbaycan Ordusu işğal edilmiş ərazilərini tezliklə azad edəcək, xalqımız ədalətli müharibədə zəfər çalacaq.

1 Oktyabr 2020 00:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2020 | 01:34
Hava proqnozu

Köhnə versiyamızdan xəbərləri izlə