Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ABŞ prezidentliyinə namizədlərin ilk debatı keçirilib

“The Vashington Post” nəşri yazır ki, ABŞ-ın  ­Ohayo ştatının Klivlend şəhərində prezidentliyə ­respublikaçı namizəd və hazırkı Prezident Donald Tramp və prezidentliyə demokrat namizəd və sabiq vitse-prezident Co Bayden arasında 2020-c il prezident seçkilərinin ilk debatı keçirilib.
Key Vestern Universitetində qarşılaşan namizədlər COVID-19 pandemiyasına qarşı cavab tədbirləri, iqtisadiyyat, iqlim dəyişikliyi və səsvermə prosesi də daxil olmaqla müxtəlif mövzular ətrafında qızğın arasında fikir mübadiləsi aparıblar.
Debat başlanandan namizədlərin dərhal başlıca ixtilaf nöqtəsi ABŞ-da 200 min adamın ölümü ilə nəticələnmiş koronavirus pandemiyası olub.
Demokrat namizəd Co Bayden deyib: “Prezidentin planı yoxdur. O bilirdi ki, bu virus ölümcüldür və sizə bu barədə heç nə demədi”.  Bayden Trampın qolf oynamasına eyham vuraraq onu vaxtını pandemiyanın qarşısını almağa sərf etməyə çağırıb. 
İkinci dönəm prezidentlik iddiasında olan Prezident D.Tramp isə  öz administrasiyasının səylərini müdafiə edərək deyib:  “Biz əla işləmişik. Koronavirusa qarşı vaksinin əldə edilməsinə bir neçə həftə qalıb”.
Debatın digər mübahisəli məqamı Prezident Trampın 750 dollar federal vergi verməsi barədə “The New York Times” qəzetində dərc olunan məqalə olub. O, rəqəmin həqiqətə uyğun olmadığını və milyonlarla dollar həcmində vergi ödədiyini söyləyib. O, habelə Co Baydenə oğlu Hanterin xaricdə iddia olunan maliyyə sövdələşmələri ilə bağlı suallar ünvanlayıb. Bayden özünə qarşı yönələn tənqidləri rədd edərək Trampı “yalan” danışmaqda ittiham edib.
Debat bəzi məqamlarda o dərəcədə intensiv xarakter alıb ki, moderator Kris Vallas səsini bir neçə dəfə ucaldaraq namizədlərə debat normalarına riayət etmək barədə xəbərdarlıq edib.
Prezident Tramp hakimiyyəti dönəmində pandemiyaya qədərki müddət ərzində iqtisadiyyatın sürətlə çiçəkləndiyinə diqqət çəkib. O deyib: “Son üç il yarım müddət ərzində bu qədər iş görmüş digər administrasiya və ya prezident olmayıb”.
Qeyd edək ki, bu, Bayden və Tramp arasında ilk debat idi. Prezident seçkilərinə beş həftə qaldığı bir vaxt namizədlər üç dəfə üz-üzə görüşməlidir. Debatı 100 milyona yaxın amerikalının izlədiyi bildirilir.
Rəy sorğularına görə, seçicilərin 90 faizi artıq seçim qərarlarını verib və bunu dəyişmək niyyətində deyillər. Bir çox ştatda artıq erkən seçkilər başlayıb. Milyonlarla insan poct vasitəsi ilə səs verilməsi üçün müraciət edib. Belə ki, bir çoxları pandemiya dövründə üz-üzə toplaşmalardan uzaq durmağa çalışır.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl səsvermə səbəbi ilə seçkilərin təxirə salınmasını təklif etmişdi. 

 

Mahmud QƏRİBOV,
“Xalq qəzeti”

1 Oktyabr 2020 00:52 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
30 Oktyabr 2020 | 02:28
Kaliforniya od içində
30 Oktyabr 2020 | 02:24
Festival bu gün başa çatır
30 Oktyabr 2020 | 02:23
Yeni rekord
30 Oktyabr 2020 | 02:23
Büdcə kəsiri

Köhnə versiyamızdan xəbərləri izlə