Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiya ərazi mübahisəsinə son qoymaq istəyir

Yaponiya Rusiya ilə ərazi mübahisəsinə son qoymaq və iki ölkə arasında sülh müqaviləsini imzalamaq istəyir. “Kyodo” agentliyinin yaydığı məlumata görə, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa Rusiya Prezidenti Vladimir Putinlə keçirilən ilk telefon danışığından sonra jurnalistlərə açıqlama verib.

Yoşihide Suqa jurnalistlərə müsahibəsində bildirib ki, həm o, həm də Rusiya Prezidenti Vladimir Putin iki ölkə arasında münasibətləri bundan sonra da inkişaf etdirmək niyyətindədirlər. Baş nazir qeyd edib ki, Rusiyanın nəzarətində olan adaların suverenliyi məsələsini sonraya saxlamaq istəmirlər.
O qeyd edib ki, Rusiya lideri də bütün ikitərəfli məsələlər üzrə danışıqları davam etdirmək istədiyini bildirib. Tərəflər açıq müzakirələr aparmaq üçün tezliklə görüşmək barədə razılığa gəliblər.
Yaponiya tərəfinin xahişi ilə baş tutan və təqribən 20 dəqiqə davam edən telefon danışığı zamanı Rusiya lideri Baş nazirə deyib ki, o, ikitərəfli və beynəlxalq məsələlərin həlli üçün konstruktiv əməkdaşlığa hazırdır.
Həmçinin liderlər Yaponiya-Rusiya münasibətlərini həm siyasi, həm iqtisadi, həm də mədəni sahələrdə inkişaf etdirmək barədə razılığa gəliblər.
Xatırladaq ki, Y.Suqanın sələfi olan S.Abe və V.Putin müzakirələri 1956-cı ildə keçmiş SSRİ ilə Yaponiya arasında əldə edilmiş razılaşma əsasında aparmaq barədə razılığa gəlmişdilər. Danışıqlar nəticəsində elə böyük uğur əldə edilməsə də avqustda istefa vermək barədə qərar qəbul etdikdən sonra S.Abe V.Putinlə telefon danışığı zamanı həmin problemin həlli üçün cəhdləri davam etdirməyin zəruriliyini vurğulamışdı.
Eyni zamanda, Yaponiya ilə Rusiya arasında əldə edilən razılaşmaya görə həmin adalarda birgə iqtisadi layihələrin həyata keçirilməsi barədə də razılıq əldə olunmuşdu.

 

Rövşən TOĞRUL,  “Xalq qəzeti”

1 Oktyabr 2020 00:51 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
30 Oktyabr 2020 | 02:28
Kaliforniya od içində
30 Oktyabr 2020 | 02:24
Festival bu gün başa çatır
30 Oktyabr 2020 | 02:23
Yeni rekord
30 Oktyabr 2020 | 02:23
Büdcə kəsiri

Köhnə versiyamızdan xəbərləri izlə