Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud ÇAVUŞOĞLU: Bakını danışıqlar masasında və döyüş meydanında dəstəkləməyə hazırıq

Torpaqlarını işğaldan azad etmək üçün Azərbaycanın kifayət qədər gücü var. Ankara da öz növbəsində Bakı ilə müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır. Bu barədə Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu “Anadolu” redaktorları ilə dəyirmi masada bəyan edib.

M.Çavuşoğlu diqqəti Ermənistanın təxribatları dayandırmadığına, dinc yaşayış məntəqələrini atəşə tutduğuna yönəldib: “Ankara iyul təxribatı zamanı İrəvana xəbərdarlıq edib, ancaq Ermənistan beynəlxalq hüquq normalarına sayğısızlıq göstərir. Dünya ictimaiyyəti İrəvanı və Bakını tərəzinin eyni gözünə qoymamalıdır. Azərbaycan öz ərazisində haqq-ədalət uğrunda döyüşür”.
Türkiyə XİN başçısı Yaxın Şərqdən Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə etnik ermənilərdən ibarət muzdluların gətirildiyini bildirib: “Problemin tam həllinin vaxtı çatıb. ­BMT-nin qəbul etdiyi 4 qətnamə Ermənistan tərəfindən rədd edilir. Ermənistan ordusu daim təxribatlar törədir. Minsk qrupunun həmsədrləri status-kvonu dəyişmək üçün effektiv addımlar atmırlar”.
Nazir deyib ki, atəşkəs Ermənistan-Azərbaycan münaqişəsini həll etmir, Ermənistan qoşunlarını Azərbaycan ərazilərindən çıxarmalıdır: “Beynəlxalq ictimaiyyət Azərbaycana Ukrayna və Gürcüstan kimi yanaşmalıdır. Bakı ərazi bütövlüyünə dəqiq dəstək istəyir. Biz Krım məsələsində Ukraynanı, həmçinin də Gürcüstanı dəstəkləyirik və haqlıyıq. Azərbaycanı da eyni şəkildə dəstəkləyirik. Əgər lazım olsa, kömək edəcəyik, amma indi Azərbaycanın kifayət qədər imkanlarının olduğunu görürük. Onlarla hərbi əməkdaşlığımız var və Azərbaycan ehtiyac duyduğu hər şeyi biz də daxil olmaqla digər ölkələrdən alıb və bu, onun haqqıdır. Döyüş meydanında da ehtiyac yaranarsa, kömək edə bilərik ”.
M.Çavuşoğlunun sözlərinə görə, Azərbaycan həm mənəvi, həm də hüquqi cəhətdən haqlıdır: “Biz Bakını həm danışıqlar masası arxasında, həm də döyüş meydanında dəstəkləməyə hazırıq”. 
Türkiyəli nazir Fransa Prezidenti Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini də tənqid edib: “Fransa Prezidenti Azərbaycan ərazilərində işğalın davam etməsindən narahat deyil və Ermənistanın simasında təcavüzkarla həmrəyliyini ifadə edir. Paris bununla Azərbaycan torpaqlarının işğalını dəstəkləyir”.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

1 Oktyabr 2020 00:50 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
30 Oktyabr 2020 | 02:28
Kaliforniya od içində
30 Oktyabr 2020 | 02:24
Festival bu gün başa çatır
30 Oktyabr 2020 | 02:23
Yeni rekord
30 Oktyabr 2020 | 02:23
Büdcə kəsiri

Köhnə versiyamızdan xəbərləri izlə