Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İlk elastik ekranlı kompüter

Çinin “Lenovo” şirkəti dünyada elastik ekranla təchiz edilmiş ilk kompüteri ictimaiyyətə təqdim edib.  Bildirilir ki, “ThinkPad X1 Fold” adı verilən yeni qurğu 13 düymlük elastik OLED displeylə təchiz olunub və bunun sayəsində qurğunu planşet və virtual klaviaturalı mininoutbuk rejimində istifadə etmək olur.
Yeni qurğu 11-ci nəsil “Intel Core” prosessoru ilə təchiz edilib, 2 ədəd “USB-C” portuna və SİM kart üçün slota malikdir. Elastik ekranlı noutbuk 8 QB əməli yaddaşa malikdir, daxili yaddaşın tutumu isə 1 TB-dək ola bilər.
Məlumatı “ferra.ru” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

 

 

1 Oktyabr 2020 00:48 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
30 Oktyabr 2020 | 02:28
Kaliforniya od içində
30 Oktyabr 2020 | 02:24
Festival bu gün başa çatır
30 Oktyabr 2020 | 02:23
Yeni rekord
30 Oktyabr 2020 | 02:23
Büdcə kəsiri

Köhnə versiyamızdan xəbərləri izlə