Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Sumqayıt"ın kapitanı: "Döyüşə getməyə can-başla hazıram"

"İçimdə elə hisslər var ki, sözlə ifadə etmək mümkün deyil".

Sportline.azxəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt" klubunun kapitanı Vurğun Hüseynov son vaxtlar cəbhə xəttində baş verən hadisələr barəsində danışarkən deyib.

32 yaşlı müdafiəçi dualarının əsgərlərlə olduğunu bildirib: "Fikrimiz onların yanındadır. İnşallah, tezliklə torpaqlarımızı azad edərik. Allah Ordumuzu, xalqımızı qorusun. Şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm".

Hüseynov döyüşə getməyə can-başla hazır olduğunu vurğulayıb: "Vətən bizim canımız, qanımızdır. Yaşasın Azərbaycan!. Ehtiyac olarsa, Orduya qoşulmağa hazıram".

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

1 Oktyabr 2020 10:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə