Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan öz torpaqlarını təkbaşına azad edəcək əzm və qətiyyətə sahib olduğunu bütün dünyaya göstərdi

Azərbaycan təkbaşına qələbə əldə edə biləcək imkana və qabiliyyətə, işğal altındakı torpaqlarını azad edəcək əzm və qətiyyətə malik olduğunu bütün dünyaya göstərdi.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: “Ermənistan rəsmi olaraq Türkiyəyə məxsus təyyarələrin, İHA və SİHA-ların onlara qarşı istifadə olunduğuna dair heç bir dəlilə əsaslanmayan saxta iddialar irəli sürür. Bu, Ermənistanın qarşısında Türkiyənin dayandığı anlamı yaradaraq işğalçı ölkənin arxasındakı dəstəyi artırmaq məqsədli məkrli təbliğatdan başqa bir şey deyil. Əslində, bu iddialar Ermənistanın öz tərəfdaşları xaricində heç kim tərəfindən ciddi qəbul edilmir. Digər tərəfdən, Azərbaycan Silahlı Qüvvələri təkbaşına qələbə əldə edə biləcək imkan və qabiliyyətə, işğal altındakı torpaqlarını azad edəcək əzm və qətiyyətə sahib olduğunu ötən günlərdə bütün dünya göstərdi”.

 

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

30 Sentyabr 2020 20:37 -

Köhnə versiyamızdan xəbərləri izlə