Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şirkət Silahlı Qüvvələrə Yardım Fonduna 100 min manat köçürüb

Milli Məclisin deputatı və Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Xalq qəzeti”nə açıqlama verərək deyib:

– İşğalçı Ermənistanın 27 sentyabrda baş vermiş növbəti təxribatından sonra şanlı Azərbaycan  Ordusu  bütün cəbhə boyu əks-hücuma keçib. Qəhrəman ordumuz zəfərlər qazanaraq irəliləyir. Buna baxmayaraq, təəssüflə deməliyik ki, həm hərbçi, həm də mülki vətəndaşlarımız arasında şəhidlərimiz, yaralılarımız, dağıntlar var.

Belə bir vaxtda hər kəs bacardığı şəkildə, imkanı və gücü çatan dərəcədə ordumuzun yanında olmalı, qələbəyə öz töhfəsini verməlidir. Mən bu mövzuya bir neçə dəfə televiziya kanallarında  çıxışlarımda toxunmuş, iş adamlarına çağırış etmişdim.

Çox şadam ki, belə çağırışlara operativ və müsbət cavab verən şirkət, holdinq rəhbərlərimiz var. Bu gün “Kartaş Mr. FİX” şirkəti Silahlı Qüvvələrə Dəstək Fonduna 100 min manat vəsait köçürüb. Şirkətin  rəhbərliyinə və bütün əməkdaşlarına təşəkkür edir, bir daha digər iş adamlarını, dostlarımızı da bu nəcib təşəbbüsə qoşulmağa çağırıram.

Hər kəs orduya bacardığı qədər dəstək olmalıdır ki, döyüşən əsgər ruhlansın, daha əzm və inamla irəli getsin.

Qələbə yaxındadır, bizimlədir!

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

30 Sentyabr 2020 14:07 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə