• USD: 1.7000
  • EUR: 1.9459
  • RUB: 0.0259
  • TRY: 0.3191
  • Bakı + 13.7 ° C / 71%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Frankfurt Beynəlxalq Kitab Sərgisində Bakı arxitektura bələdçisinin təqdimatı baş tutub

Frankfurt Beynəlxalq Kitab Sərgisində Bakı arxitektura bələdçisinin təqdimatı baş tutub

Almaniyanın Frankfurt şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisinin ikinci günündə Azərbaycan stendində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Azərbaycanın Almaniyadakı Səfirliyinin birgə təşkilatçılığı ilə alman publisist-tərcüməçi Hayke Maria Yohenninqin müəllifi olduğu “Architekturführer Baku” (Bakının arxitektura bələdçisi) kitabının təqdimatı keçirilib. Kitab haqqında geniş məlumat verən Hayke Maria Yohenninq bildirib ki, “Bakı arxitektura bələdçisi” kitabında Bakı şəhərinin arxitekturasının qısa tarixçəsi, müxtəlif memarlıq üslubları əks olunur, eləcə də 100-dən artıq bina və abidələr haqqında məlumat verilir. Həmin kitabda Bakının arxitekturası aşağıdakı dövrlər üzrə təsnif edilir: 1806-cı ilədək olan dövr, 1806-1917-ci illər, 1917-1950-ci illər, 1950-1991-ci illər və 1991-ci ildən sonrakı dövr. Kitab Berlin şəhərində yerləşən “DOM Publishers” nəşriyyatında çap olunub. Müəllif kitabın 1000 ədəd tirajla nəşr olunduğunu və onun almandilli ölkələrdə böyük maraqla alındığını qonaqların diqqətinə çatdırıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev kitabın əhəmiyyətindən bəhs edib, xanım Hayke Maria Yohenninqə öz təşəkkürünü bildirib.

Hayke Maria Yohenninq, həmçinin “Bakı şəhərinə səyahət” kitabının müəllifidir. Gələcəkdə “Azərbaycana səyahət” kitabının da nəşri gözlənilir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

13 Oktyabr 2018 17:38 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
19 Noyabr 2018 | 12:09
Milli Kitabxanada kitab sərgisi

Ən son xəbərləri səhifəmizdən də izləyin