Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ictimaiyyəti Azərbaycan əsgərinin uğurlarını alqışlayır

Ermənistanın növbəti təxribatına qarşı bütün cəbhəboyu əks-hücuma keçən Azərbaycan Ordusu kəndlərimizi azad edərək irəliləyir. İndi Paşinyana deyən lazımdır ki, dünənə kimi min bir bəhanə ilə dialoqlardan yayınırdı, indi niyə havadarları ilə danışmaq üçün dəridən-qabıqdan çıxır? Ona Azərbaycan Prezidenti demişdi ki, əgər erməni əsgərlərinin ölməyini istəmirsə, Qarabağdan rədd olsun. Azərbaycan işğal altında olan torpaqların qaytarılmasını təklif edəndə niyə qulaq asmırdı? Paşinyan Qarabağın yolunu su yoluna döndərmişdi, məclislər qurur, toplantılar keçirirdi. Cəsarəti çatırsa, indi Qarabağa gəlsin, heç olmasa, döyüşdən sağ çıxmayan əsgərlərin ölüsünü aparsın?

Cənab Prezidentin BMT tribunasından son iki çıxışı vətəndaşlarda görünməmiş dərəcədə inam yaradıb. Həmçinin türk ictimaiyyəti Azərbaycanda gedən prosesləri diqqətlə izləyir. İndi küçələrə çıxanda görürsən ki, nəinki maşınlarda, mağazaların vitrinlərində, həmçinin balaca uşaqların əllərində də Türkiyə və Azərbaycan bayraqları var. Bu özü çox böyük hissdir və ruh yüksəkliyidir. Təsəvvür edin ki, indi Qarabağın ətri artıq bütün evlərə gedib. Çox arzu edirik ki, bu ruh dayanmasın. Arxaya yol yoxdur. Bu işləri hər halda İlham Əliyev cənabları daha gözəl bilir. Türkiyənin Müdafiə Nazirinin də bəyanatı ürəyimizdən xəbər verdi. Nazir dedi ki, “hansı danışıqdan söhbət gedə bilər? Otuz ildir danışıq gedir”. Torpaqlar işğaldan azad ediləndən sonra danışmaq olar.Türkəyinin televiziya kanallarında Azərbaycanın əks-hücumunu dəstəkləyən çağırışlar bizdə böyük ruh yüksəkliyi yaradır. Türkiyə ictimaiyyəti ordumuzun zəfərlərini alqışlayır. “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi olaraq, bir arzumuz olub ki, torpaqlarımız işğaldan azad olsun, yeni nəsil ruh yüksəkliyində böyüsün. Bu, vətən müharibəsidir və cənab Prezident görür ki, biz həmişə onun yanında olmuşuq.

Azərbaycan Ordusu çox güclüdür, həmçinin vətəndaşlarda ruh yüksəkliyi böyükdür. Hamımız başa düşürük ki, mülki əhaliyə qarşı törədilən cinayətlər ruh düşkünlüyü, qorxu, vahimə yaratmaq məqsədləri daşıyan addımlardır. Cəbhəboyu ərazilərdə Ermənistanın təcavüzkar siyasəti bu dəfə keçməyəcək. Əksinə, düşmən əks-zərbələrlə yerlərinə otuzdurulacaq. Artıq şanlı ordumuzun zəfərlərini də görürük. Ali Baş Komandanın ətrafında birləşməli, sona qədər mübarizəmizi aparmalı və torpaqlarımızı düşmən tapdağından azad etməliyik. Beynəlxalq aləm dərk etməlidir ki, Azərbaycan işğalla heç vaxt razılaşmayacaq.

Çingiz BAYRAMOV,
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri

30 Sentyabr 2020 14:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə