Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Malayziya Xarici İşlər Nazirliyindən Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edən bəyanat

Malayziya Xarici İşlər Nazirliyi sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təxribatla bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanatda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe nümayiş etdirilib.

Sənəddə deyilir ki, Malayziya sentyabrın 27-də yenidən başlayan gərgin hərbi qarşıdurma nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda pisləşən vəziyyətdən dərin narahatlıq keçirir.

Həmçinin qeyd olunub ki, Malayziya münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri daxil olmaqla beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinin tapılmasına yönəlmiş bütün səyləri dəstəkləyir.

30 Sentyabr 2020 14:42 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
30 Oktyabr 2020 | 23:52
Qurbanların sayı artıb
30 Oktyabr 2020 | 23:52
Yeni data mərkəzi tikilir
30 Oktyabr 2020 | 23:51
İstehsal artıb
30 Oktyabr 2020 | 23:51
Raket sınağı

Köhnə versiyamızdan xəbərləri izlə