• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda estrada sənətinin diplomlu sinfi açılacaq

Bakıda estrada sənətinin diplomlu sinfi açılacaq

Bakıda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin tərkibində uşaq estrada sənəti sinfi açılacaq. Azərbaycanda yeganə diplomlu uşaq estrada sənəti sinfi (UESS) bu məktəbdə olub.  Məktəbə gələn hər bir kəs incə sədalar altında Qarayev dövrünə daxil olur. Təmiz koridorlarda müşahidə kameraları quraşdırılıb, məktəbə baş çəkənləri isə mühafizə xidmətinin əməkdaşları qarşılayır.

Siniflərdə xeyirxah müəllimləri və istedadlı, drijor yerişli, səliqəli geyinmiş uşaqları görmək olar.

“Ölkədə estrada vokal-instrumental bölməsinin açılmasına çoxdan ehtiyac var, çünki uşaqlar klassik musiqi ilə yanaşı, estrada musiqisinə də yiyələnsinlər, - müxbirimizlə söhbətində Azərbaycan Respublikasının əməkdar artisti, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru Əziz Qarayusifli deyib. - Hazırda Azərbaycanda bu sahədə bir boşluq yaranıb. Ölkədəki müğənnilərin əksəriyyətinin musiqi diplomu yoxdur, səhnədə davranışla bağlı adi qaydaları bilmirlər. Məhz bu boşluğu doldurmaq üçün yeni bölmə yaratmaq qərarına gəldik. Yeni dərsliklər nəşr ediləcək, adlı-sanlı müəllimlər və koordinatorlar cəlb olunub”.

 Bir sözlə, uşaq etrada sənəti sinfi uşaqlarınızın mədəni, əqli və yaradıcılıq gələcəyi üçün təminat verir

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

13 Oktyabr 2018 17:35 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT
15 Noyabr 2018 | 16:05
Muzeyin eksponatları Berlində

Ən son xəbərləri səhifəmizdən də izləyin