Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ISESCO Dağlıq Qarabağla bağlı bəyanat yaydı

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) Ermənistan və Azərbaycan arasındakı son hadisələrdən, eləcə də arxeoloji, tarixi məkanların, bir neçə məscidin və müqəddəs yerlərin dağıdılmasına hədəflənən addımlardan narahatlığını bildirir.  Təşkilat bununla bağlı bəyanat yayıb.

"ISESCO tərəfləri maksimum təmkin göstərməyə, İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla beynəlxalq təşkilatların qətnamələrinə əməl etməyə çağırır.

Ermənistana BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrini xatırladan ISESCO tərəfləri beynəlxalq hüququn prinsiplərinə riayət etməyə, tarixi və mədəni hüquqlara hörmət etməyə çağırır", - bəyanatda deyilir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

30 Sentyabr 2020 11:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə