Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Almaniyalı deputat Azərbaycanın cəbhədə həyata keçirdiyi əməliyyatlara dəstək verib

“BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edib. Hesab edirəm ki, bu sənədlər kifayət qədər yetərlidir ki, məsələ öz həllini tapsın. Dağlıq Qarabağ münaqişəsi məsələsində beynəlxalq hüquq normaları Azərbaycanın tərəfindədir”.

Bunu Almaniya Bundestaqının (parlament) Xristian-Demokratlar Birliyi Partiyasından olan deputatı Tobias Zeç (Tobias Josef Zech) bildirib.

O deyib ki, ərazi bütövlüyünün təmin olunması digər dövlətlər kimi Azərbaycanın da öz vətəndaşları qarşısında əsas öhdəliklərindən biridir: “Bölgədə problemin həllinin silahlı münaqişəyə çevrilməsi bizi ciddi narahat edir. İnsanlar, xüsusilə mülki vətəndaşların həlak olması çox ağırıdıcıdır. ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin sülh yolu ilə həlli üçün vasitəçilik edirlər və biz də bu missiyanı dəstəkləyərik. Biz tərəfləri sülhə, ATƏT-in Minsk qrupunu isə real nəticələrin əldə olunmasına çağırırıq”, - o vurğulayıb.

T.Zeç bildirib ki, Almaniya "Dağlıq Qarabağ hökuməti" adlı bir qurumu heç bir halda tanımayıb və tanımır.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

30 Sentyabr 2020 10:47 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2020 | 12:00
Biz haqlıyıq, biz güclüyük

Köhnə versiyamızdan xəbərləri izlə