Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanlı jurnalist beynəlxalq tədbirdə Ermənistanın hərbi əməliyyatlar barədə dezinformasiya yaymasını ittiham edib

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü və beynəlxalq əlaqələr komissiyasının sədri Azər Həsrət ATƏT-in Özbəkistandakı layihə koordinatorluğu və Özbəkistan Milli KİV-ə Dəstək və İnkişaf İctimai Fondunun təşkil etdiyi beynəlxalq onlayn konfransda iştirak edib.

Konfransın Beynəlxalq İnformasiyaya Giriş Gününə həsr edilmiş müzakirəsində çıxış edən soydaşımız Azərbaycanın bugünlərdə Ermənistanın hərbi təcavüzünə qarşı gördüyü tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. O, eyni zamanda, ölkəmizdə hərbi vəziyyətin elan edildiyini söyləyib.

Mətbuat Şurasının nümayəndəsi iştirakçıların diqqətini müharibə şəraitində informasiyaya giriş məsələsinə çəkərək Ermənistanın

döyüş əməliyyatları barədə geniş dezinformasiya yaydığını, itkiləri qəsdən gizlətdiyini kəskin ittiham edib.

Qeyd edək ki, ATƏT-in bir neçə qurumunun təmsilçiləri, eləcə də Beynəlxalq Mətbuat İnstitutu, BMT, Article 19 kimi qurumların nümayəndələrinin, həmçinin Özbəkistanın ayrı-ayrı nazirliklərinin vəzifəli şəxslərinin çıxış etdiyi konfransa Özbəkistanın xarici ölkələrdəki səfirləri də daxil olmaqla 170-dən çox iştirakçı qatılıb.

R.TAHİR,
“Xalq qəzeti”

30 Sentyabr 2020 10:42 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2020 | 12:00
Biz haqlıyıq, biz güclüyük

Köhnə versiyamızdan xəbərləri izlə