Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyalı ekspert: İlham Əliyev Paşinyanı yerində otuzdurdu

"Rossiya 1" telekanalının “60 dəqiqə” verilişində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanı yerində otuzdurdu.

Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko öz "Twitter" səhifəsində yazıb.

O, ötən gün Rusiya televiziyasında baş tutmuş debatı şərh edib:

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ hadisələri ilə bağlı eksklüziv şərhlər etdiyi “60 dəqiqə” verilişinin canlı yayımını izlədim. Əliyev Paşinyanı yerində otuzdurdu - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu məktəbi məhz budur”.

O, daha bir paylaşımında isə N.Paşinyanın dünya liderlərinə zənglərini xatırladıb:

“Paşinyan hər kəsə zəng elədi? Bəs Sorosa zəng elədi?”

30 Sentyabr 2020 10:35 - SİYASƏT
SİYASƏT
27 Oktyabr 2020 | 12:00
Biz haqlıyıq, biz güclüyük

Köhnə versiyamızdan xəbərləri izlə