Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

BMT Təhlükəsizlik Şurası qapalı iclasda Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası qapalı iclasda Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

AZƏRTAC xəbər verir ki, mülki şəxslərin itkisini və güc tətbiq edilməsini pisləyən BMT Təhlükəsizlik Şurası Azərbaycan və Ermənistanı Dağlıq Qarabağdakı münaqişəni dərhal dayandırmağa, gərginliyi azaltmağa və gecikmədən danışıqlara geri qayıtmağa çağırıb.

BMT Təhlükəsizlik Şurasının 5 daimi və 10 müvəqqəti üzvünün iştirak etdiyi qapalı iclasdan sonra açıqlanan birgə bəyanatda Dağlıq Qarabağda təmas xəttində baş verən genişmiqyaslı hərbi əməliyyatlardan narahatlıq duyulduğu bildirilib.

Həmçinin BMT-nin Baş katibi Antonio Quterreşin münaqişənin dayandırılması və gərginliyin azaldılması ilə bağlı çağırışlarına dəstək verildiyi açıqlanıb. Təhlükəsizlik Şurası tərəflər arasındakı problemin həlli üçün Minsk qrupunu dəstəklədiyini də qeyd edib.

30 Sentyabr 2020 09:23 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
27 Oktyabr 2020 | 01:30
Rəy sorğusu
27 Oktyabr 2020 | 01:30
Ən az borcu olan ölkə

Köhnə versiyamızdan xəbərləri izlə