Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Latviyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

Sentyabrın 29-da Xarici İşlər naziri Ceyhun Bayramovun Latviya Respublikasının Xarici İşlər naziri Edqars Rinkeviç ilə telefon danışığı olub. 
XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, nazir Edqars Rinkeviç son günlər cəbhə bölgəsində yaşanan son dərəcə gərgin vəziyyət ilə bağlı narahat olduğunu bildirib və hazırkı durum ilə maraqlanıb.
Nazir Ceyhun Bayramov Ermənistan rəhbərliyinin son aylar ərzində həyata keçirdiyi təxribatçı fəaliyyəti, o cümlədən, Tovuz istiqamətində hücum cəhdi, diversiya-kəşfiyyat qrupunun təxribatı Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz məskunlaşdırma siyasəti, eləcə də digər təxribatçı addımlar barədə həmkarına məlumat verərək, beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın bu qanunsuz fəaliyyətinə lazımi reaksiyanın göstərilməməsinin işğalçı ölkənin 27 sentyabr tarixində yeni təcavüz aktına imkan yaratdığını bildirib.
 Diqqəti xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycanlı mülki əhalini hədəfə aldığına yönəldən nazir, bu halın beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması və müharibə cinayəti olduğunu vurğulayıb. Bölgədə yaşanan gərginliyə görə məsuliyyətin tam şəkildə Ermənistanın üzərində olduğu bildirilib.

30 Sentyabr 2020 01:42 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə