Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkəmizdəki xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri əməliyyat şəraiti haqqında məlumatlandırılıb

Sentyabrın 29-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi tərəfindən Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinə cəbhədəki vəziyyət barədə məlumat verilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçılarına Azərbaycanın haqlı mövqeyi bir daha çatdırılıb və erməni tərəfindən fərqli olaraq, qoşunlarımızın düşmənin, sadəcə, hərbi qüvvəsini və obyektlərini hədəf aldığı bir daha vurğulanıb.
Əlavə olaraq, Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatların beynəlxalq hüququn prinsipləri və müharibə qanunları çərçivəsində aparıldığı xüsusi ilə qeyd edilmiş və qonaqları maraqlandıran suallara cavab verilib.

30 Sentyabr 2020 01:41 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə