Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəhidlərimizin qisası alınır

Ermənistanın torpaq iddiası, vəhşiliyi, qəddarlığı nəticəsində 27 ildir ki, doğma kəndimizdən, elimizdən-obamızdan didərgin düşüb məcburi köçkün həyatı  yaşayırıq. Şükürlər olsun ki, dövlət bizim üçün hər cür şərait yaradıb. Ancaq doğma  dədə-baba yurdumuz, isti ocağımız bir an da olsun yadımdan çıxmır. Müstəqilliyimizin ilk illərində  ölkədə nizami ordu olmadığından torpaqlarımız işğal olundu. Oğlum Ələsgər Allahverdiyev 26 il əvvəl  Vətənin müdafiəsi yolunda şəhid oldu. 
Möhtərəm Prezidentimiz İlahm Əliyevin rəhbərliyi ilə şəhidlərimizin qisası alınır. Rayonumuzun artıq  beş kəndi işğaldan  azad edilib.  İnşallah, yaxın günlərdə rayonumuz da  azad edilər. Bu, hər birimizdə Qələbəyə böyük inam yaradıb. İnanırıq ki, həmin günü – Böyük Qələbəni lap tez görəcəyik.  Dünyanın  ən güclü ordularından biri  olan silahlı qüvvələrimiz  düşmənə layiq olduğu yeri göstərəcək. Biz 2016-cı ilin Aprel döyüşlərində və bu ilin iyul hadisələrində  düşmən üzərində qələbənin şahidi olmuşuq. Ermənilər həmin döyüşlərdə canlarını güclə qurtardılar, ancaq bu dəfə  bütün torpaqlarımızı işğaldan azad etməliyik. 

 

Alışan ALLAHVERDİYEV,
Füzuli rayonu, şəhid atası

30 Sentyabr 2020 00:52 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə