Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu gün tarixə yazılacaq...

“Azərbaycan Ordusunun qoşun bölmələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində işğal altındakı bir sıra kəndlər və əlverişli ərazilər azad olunub”. Bu xəbəri televiziyada Müdafiə Nazirliyinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov brifinqdə deyəndə, sevincdən nə edəcəyimizi bilmədik.

Bu, rəsmi məlumatdır. Hazırda illərdir, arzusunda olduğumuz gün yetişib. Füzulidə yurd-yuvamızı qoyub çıxandan onu ancaq yuxularımızda görmüşəm. Gah çadır şəhərciyində, gah yataqxanalarda məskunlaşmışıq. Bir milyondan çox qaçqın-köçkünün yerləşdirilməsi çox çətin vəzifə idi. Sonra cənab Prezidentin məcburi köçkünlərə göstərdiyi diqqət, qayğı sayəsində “Qobu Park-3” yaşayış massivindən ailəmizə 4 otaqlı mənzil verilib. Buna görə dövlət başçımıza və onun xanımına ailəmiz, eləcə də bütün məcburi köçkünlər adından duaçıyıq.
Həmişə mən və mənim kimi məcburi köçkünlərin hamısı, dövlət başçımızın apardığı məqsədyönlü siyasət nəticəsində doğma yurdlarımıza qayıdacağımıza inanmışıq. İnanmışıq ki, Prezidentimiz gecə-gündüz işğalda olan torpaqlarımızın geri alınması üçün yüksək səviyyəli tribunalardan dünya dövlətlərinə müraciət edərək, haqq səsimizi yayır.
Bu gün tarixə yazılan gündür. Doğma rayonum Füzuli – Cəbrayıl istiqamətində Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdurrəhmanlı, Böyük Mərcanlı və s. kəndlər azad edilib. Belə kəndlərin sayı getdikcə artacaq. Qarabağ, işğaldan azad ediləcək. Bundan böyük sevinc ola bilərmi? Yenə yurda dönəcəyik. Ötən illər ərzində xiffətdən dünyasını dəyişənlərimiz oldu. Biz Füzuliyə qədəm basanda, inanırıq ki, onların da ruhu sevinəcək, azad edilmiş yurdların səmasında dolaşacaq. İsti ocağımızdan, doğma yurdumuzdan didərgin salan qorxaq, rəzil ermənini biz yaxşı tanıyırıq. Havadarlarına arxalanıb nə vaxta qədər fironluq edəcəkdilər? Və havadarlar bu rəzilliyi nə qədər davam etdirəcəkdilər? Cəbhədən günbəgün yeni xəbərlər gəlir. İndi ordumuzun gücü ilə Ağdərə rayonu və Murovdağ istiqamətlərində düşmən postları darmadağın edilib, hakim yüksəkliklər nəzarətə götürülüb.
Bu, Prezident İlham Əliyevin uğurudur, bu onun düzgün siyasətinin nəticəsidir. Allah dövlətimizi, Prezidentimizi, ordumuzu qorusun!

 

Yaqut ƏLİYEVA,
Füzuli rayonundan məcburi köçkün

 

30 Sentyabr 2020 00:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə