Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şanlı ordumuzun tezliklə torpaqlarımızı azad edəcəyinə əminəm

Həhayət ki, çoxdan gözlədiyimiz gün gəlib yetişdi. Davamlı olaraq həyata keçirilən düşmən təxribatlarına qarşı ordumuzun əks-hücumları başladı. Bütün Azərbaycan xalqı ordumuzun ilk döyüşlərdə qazandığı uğurlardan fərəh hissi duyur və tezliklə bu döyüşlərin qələbə ilə nəticələnəcəyinə inanır. 

Mədəniyyət və incəsənət xadimlərinə də bu sevincdən pay düşüb. Biz də qələbə gününü böyük səbirsizliklə gözləyirik. Azərbaycan xalqına müraciətimizlə biz münasibətimizi bildirmişik. 
Bir məsələ məni həmişə narahat edir. Televiziya ekranlarında tez-tez səslənir ki, “ Biz şəhid olmağa hazırıq”. Mən bununla razılaşmıram. Biz şəhid olmağı yox, düşməni məhv etməyi təlqin etməliyik. Başa düşməliyik ki, ermənilər həmişə bizə qarşı işğal siyasəti yürüdüb. Bu gün biz məsələni köklü şəkildə həll etməliyik. Elə olmasın ki, 10-15 ildən sonra yenidən bu məsələ qalxsın. Ermənilər böyük Ermənistan xülyası ilə yaşayırlar. Biz isə qüdrətli Azərbaycan yaradacağıq.
Prezidentimiz Təhlükəsizlik Şurasının iclasında dedi: “Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər. Baxmayaraq ki, artıq onların ocaqları vəhşilər tərəfindən dağıdılıb. Baxın Ağdam şəhərinin qalıqlarına. Baxın Füzuli şəhərinin qalıqlarına. Baxın işğal edilmiş ərazilərdə bizim məscidlərimizin, qəbiristanlıqlarımızın dağılmış vəziyyətinə. Bütün bunları erməni cəlladları törədib və biz tam haqlıyıq. Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq”.
Bəli, xalqımız yüksək əhval-ruhiyyədədir. Prezidentimizə, onun daim himayə etdiyi qəhrəman ordumuza inanır.

 

Siyavuş KƏRİMİ, 
Azərbaycan Milli Konservatoriyasının rektoru, 
Xalq artisti, professor

30 Sentyabr 2020 00:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə