Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Deputat Etibar Əliyev: İndi dünya görür ki, Qarabağ Azərbaycandır!

Milli Məclisin deputatı Etibar Əliyev Ermənistanın hərbi təxribatına cavab olaraq Milli Ordumuzun düşmənə sarsıdıcı zərbələr vurması ilə bağlı mediaya açıqlamasında deyib:

–Belə vəziyyətdə və bundan öncə də bütün xalqımız Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birlik nümayiş etdirib. Dövlətimizin başçısının bütün auditoriyalarda etdiyi çıxışlar bizi ruhlandırır. Ölkədə hərbi vəziyyətin elan olunması bizim haqq işimizin xeyirinədir və torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərlə uzlaşır. Ön cəbhə ilə arxa cəbhə üzvi surətdə bağlı olmalıdir. Xalqın həmrəyliyi göz önündədir. Belə günlərdə hamı həmrəyilik və birlik nümayiş etdirib bir mövqedən çıxış etməlidir.
Tarix göstərir ki, Azərbaycan xalqı birləşməyi bacaran xalqdır. Düşmənin məkrli, alçaq, hiyləgər niyyəti bizim birliyimizi daha da möhkəmləndirməlidir. Lazım olsa bizim hər birimiz gedib cəbhədə vuruşub canımızı qurban verməyə hazırıq. Vətənimizin parçalanması səbr kasamızı daşdırıb.
Uzun illərdir Qarabağımızdan ayrı düşməyimiz bizi sarsıdıb. Yetər! Erməni həyasızlığına və qaniçənliyinə son qoymalıyıq. Ali Baş Komandanın çıxışındakı optimist notlar “Qarabağ Azərbaycandır!” çağırışını ruhumuza hopdurur. İndi dünya da görür ki, Qarabağ Azərbaycandır. Bizim mübarizəmiz haqq işidir və qələbə bizimlə olacaq. Biz bunu hiss etməklə yanaşı, həm də yaşayırıq. Və Qarabağda yaşayacağıq...    

 

Hazırladı: R.TAHİR, 
“Xalq qəzeti”

30 Sentyabr 2020 00:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə