Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xalqımız Ali Baş Komandanın və qüdrətli ordumzun arxasındadır

Ermənistanın təcavüzkar ordusu bütün cəbhə boyu ağır artilleriyadan atəş açaraq genişmiqyaslı hücum edib. Ancaq rəşadətli ordumuz düşmənin budəfəki xəbis niyyətini də ürəyində qoydu. Möhtərəm Prezidentimizin xalqa müraciətindən və Təhlükəsizlik Şurasının iclasındakı çıxışından sonra insanlarda qələbəyə böyük inam yaranıb. Bu qələbənin əsası 2016- cı ilin Aprel döyüşlərində və bu ilin iyul hadisələrində qoyulmuşdu. Həmin vaxt sərhədboyu ərazilərdə təxribatlar törətmək istəyən düşmənə layiqli cavab verildi.

Xalqımız Silahlıq Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə, Azərbaycan Ordusuna inanır və güvənir. Xalq həmişə dövlətimizin başçısı ilə həmrəy olduğunu nümayiş etdirib, bu gün də elədir. İnsanlarda qələbəyə böyük inam var. Bu inamı Prezident İlham Əliyevin uzaqgörən siyasəti, ölkəyə rəhbərlik etdiyi gündən indiyədək formalaşdırdığı güclü və qüdrətli Azərbaycan Ordusu yaradıb. 
Azərbaycanın şanlı ordusu təcavüzkar Ermənistanın alçaq niyyətlərinin qarşısını qətiyyətlə alır. Başqa ölkələrə güvənən işğalçı Ermənistan bu dəfə canını asanlıqla qurtara bilməcəyək. Dövlətimizin başçısı xalqa müraciətində də bunu bir daha diqqətə çatdırdı: “ Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki, “Dağlıq Qarabağ ordusu”nun tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır”.

 

Məlahət İBRAHİMQIZI, 
Milli Məclisin deputatı, 
YAP Nəsimi rayon təşkilatının sədri

30 Sentyabr 2020 00:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2020 | 11:01
Hacı Bədəl körpüsü

Köhnə versiyamızdan xəbərləri izlə