Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Torpaqlarımızı düşməndən təmizləməliyik

Ötən həftə “Xalq qəzeti”nə Azərbaycan ­Prezidenti ­İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasında videoformatda çıxış edərkən işğalçı Ermənistanın faşist dövlət simasını, onun Azərbaycana növbəti hücum planlarını növbəti dəfə ifşa etməsi ilə bağlı açıqlama vermişdim. Prezidentin Baş Assambleyanın sessiyasının ümumi debatlarında çıxışının qarşıdakı günlərdə də əsas müzakirə mövzusu olacağı, geniş rəylər doğuracağı şübhəsiz idi. Cənab İlham Əliyevin beynəlxalq ictimaiyyəti işğalçı Ermənistana sanksiyalar tətbiqinə çağırması, mövzuya münasibətdə yeni bir səhifənin də açıldığını göstərməklə, düşmənin ədalətli sülhdən uzaqlaşıb öz bədnam aqibətinə daha da yaxınlaşdığını ifadə etmişdi.
 Hiyləgər Ermənistan hakimiyyəti mövcud durumdan sui-istifadə edərək, öz məkrli siyasətini davam etdirməkdə idi. Azərbaycanın işğal edilmiş ərazilərində qanunusz məskunlaşma həyata keçirilir, o cümlədən erməni əsilli livanlılar işğal bölgəsinə köçürülürdü. Qanunsuz infrastruktur layihələri həyata keçirilir, işğal bölgəsindəki ərazilərdə Azərbaycan xalqının min illərlə yaşı olan milli-mədəni irsi məhv edilir, toponimlər əsassız şəkildə dəyişdirilir və ölkəmizə məxsus təbii sərvətlər qeyri-qanuni istismar edilir, həmçinin müxtəlif ölkələrdən olan muzdlular, o cümlədən əliqanlı terrorçular (ASALA, PKK) Qarabağa, eləcə də, dövlət sərhəddinə işğal altındakı ərazilərimizə cəlb edilirdi.
Prezident İlham Əliyev dünyanın ən ali tribunasından Ermənistanın işğalçılıq, faşist, anti-insani siyasətini, yeni müharibə planlarını ifşa etdi, BMT-ni, bütün beynəlxalq ictimaiyyət təmsilçilərini Ermənistanın təcavüzkar siyasətinə son qoymaq üçün əməli tədbirlər görməyə, Ermənistanın bu hərəkətlərinə müşahidəçi qalmamağa çağırdı.
Dünya bu çağırışları eşitmədi və Azərbaycan çox gözləməli deyildi. Çünki, Azərbaycanın mövqeyi ədalətlidir, o öz ərazi bütövlüyünü təmin etməlidir! Nə qədər gözləməli, daha nə qədər dözməli idik?
Və nəhayət, uzun illərdən bəri gözlədiyimiz gün yetişib. Azərbaycan Prezidentinin bütün cəbhə boyu əks hücum qərarı 3 gündür gerçəkləşir. Müdafiə Nazirliyinin məlumatına əsasən, artıq işğalda olan kəndlərimiz qüdrətli ordumuzun gücü ilə azad edilir. Qələbənin yaxında olması şəksizdir. Buna xalqımız inanır və ordumuzun gücünə güvənir. Xalq Prezidentinə, dövlət başçımız da xalqına güvənir.
30 il gözlədiyimiz yetdi. Qələbə bizimlədir! Allah igidlərimizi qorusun! Dövlətimiz zaval görməsin! Bayrağımız uca olsun!

 

Əkbər QOŞALI, 
Milli QHT Forumu İdarə Heyətinin üzvü

30 Sentyabr 2020 00:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2020 | 01:46
CƏBHƏDƏ SON VƏZİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə