Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Andrey Şenin: Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ üçün strateji cəhətdən vacib tərəfdaşdır

Andrey Şenin: Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ üçün strateji cəhətdən vacib tərəfdaşdır

ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun Cənubi Qafqaz regionuna, xüsusilə də Azərbaycana planlaşdırılan səfəri ABŞ tərəfinin bu strateji vacib regiona marağını təsdiq edir.

Bunu Trend-ə Qumilyov adına Avrasiya Milli Universitetinin regionşünaslıq kafedrasının professoru, amerikaşünas ekspert Andrey Şenin deyib.

A.Şeninin sözlərinə görə, səfər gündəliyinin əsas bəndləri Əfqanıstan və enerji məsələləri olacaq: “Bunlar regionda ABŞ üçün prinsipial cəhətdən vacibdir. Əfqanıstanla bağlı Bolton yüklərin Xəzər limanları vasitəsilə nəqli barədə razılaşmaları müzakirə edəcək, enerji ilə bağlı isə böyük ehtimalla, söhbət reallaşan ayrı-ayrı biznes layihələrdən, eləcə də cari məsələlərdən gedəcək”.

Azərbaycana gəldikdə isə, ekspert bildirib ki, hazırda ABŞ bu ölkəni regionda vacib strateji tərəfdaş qismində görür:

“Azərbaycan vasitəsilə Əfqanıstandakı ABŞ qoşunlarına böyük həcmdə yardım gedəcək, eyni zamanda TAP, TANAP magistral boru kəmərlərini unutmamalıyıq. Transadriatik boru kəmərinin reallaşdırılması ABŞ üçün prioritet məsələdir”.

13 Oktyabr 2018 14:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə