Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Naxçıvanda Dövlət Müstəqilliyi Günü münasibətilə sərgi açılıb

Naxçıvanda Dövlət Müstəqilliyi Günü münasibətilə sərgi açılıb

AMЕA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Kitabxanasında 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə əlaqədar sərgi təşkil olunub.

www.science.gov.az saytı yazır ki, sərgidə “Müstəqilliyimiz əbədidir”, “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə”, “Naxçıvan Muxtar Respublikası müstəqillik yollarında”, “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində”, “Müstəqilliyimiz, mənəviyyatımız”, “Naxçıvan müstəqillik illərində: Hədəflər, inkişaf, nəticələr”, “Naxçıvan: Dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı”, “Müstəqillik yollarında: Liderlik missiyası”, “Azərbaycan iqtisadiyyatının daima yüksələn müstəqillik dövrü” və digər kitablar ziyarətçilərin ixtiyarına verilib.

Sərgidə, həmçinin tariximizə qurucu və xilaskar kimi daxil olmuş görkəmli dövlət xadimi, bütün həyatını Azərbaycana həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin yorulmaz siyasi fəaliyyətindən və ötən müddət ərzində ölkəmizin əldə etdiyi nailiyyətlərindən bəhs edən jurnal, qəzet və kitab materialları da nümayiş etdirilir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

13 Oktyabr 2018 12:52 - CƏMİYYƏT
CƏMİYYƏT
11 Oktyabr 2019 | 12:23
Köhnə hamam, köhnə tas

Köhnə versiyamızdan xəbərləri izlə