Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsi

“Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsi

AMEA Hüseyn Cavidin Ev Muzeyi tələbə və şagirdlər üçün “Hüseyn Cavid poeziyasından incilər” mövzusunda qiraət müsabiqəsi elan edir.

www.science.gov.az saytı yazır ki, məqsəd ölməz şair-dramaturq Hüseyn Cavidin irsinin tədqiqi və təbliği yolu ilə onun yaradıcılığını gənc nəslə çatdırmaqdır. Bakı şəhəri orta məktəblərinin şagirdləri mövzu üzrə bədii qiraət nümunəsini noyabrın 30-dək müsabiqəyə təqdim edə bilərlər. Qiraət nümunələri mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Bədii qiraət mətni [email protected] elektron ünvanına göndərilməlidir.

Telefon: (+994 55) 866 22 25

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

13 Oktyabr 2018 12:37 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə