Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ETSN: İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının mütəxəssisləri Badamdar – 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri növbətçilik rejimində davam etdirirlər.

Bu barədə Trend-ə Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

O qeyd edib ki, ən son məlumata görə, sürüşmənin dinamikasında aktivlik dayanmayıb. İstinad divarından aşağıda sürüşmə kütləsinin hərəkəti davam edir.

13 Oktyabr 2018 11:06 - EKOLOGİYA
EKOLOGİYA

Köhnə versiyamızdan xəbərləri izlə