Ən son xəbərlər
“Xalq qəzeti”nin 8 sentyabr 2020-ci il tarixli nömrəsində “Şahdağ Turizm Mərkəzi” Qapalı Səhmdar Cəmiyyətinin təlimçilər üçün idman vasitələrinin satın alınması ilə əlaqədar dərc edilmiş açıq tender müsabiqəsində iddiaçı tərəfindən tələb olunan sənədlərin vaxtında təqdim edilə bilməməsi barədə müraciəti əsasında ixtisas göstəriciləri sənədlərinin qəbulunun vaxtı 12 oktyabr 2020-ci il saat 10.00-a, təklif və bank təminatının qəbulunun vaxtı isə 20 oktyabr 2020-ci il saat 10.00-a təyin edilmişdir. Açıq tenderin açılışı proseduru isə 21 oktyabr 2020-ci il saat 10.00-da dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçiriləcəkdir.
Köhnə versiyamızdan xəbərləri izlə