Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkənin siyasi partiyaları yekdilliklə Prezidentin yanındadır

Ermənistanın sərhədboyu ərazilərdə törətdikləri təxribatların qarşısını alan Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı  davam edir. 2016- cı ilin Aprel döyüşlərində və  2018-ci ilin iyulunda   baş vermiş Tovuz əməliyyatı zamanı işğalçı  Ermənistan ordusunun  Azərbaycanın Silahlı Qüvvələri qarşısında çox zəif olduğu  özünü açıq şəkiləd büruzə verdi.  Lakin xarici havadarlarına  güvənən və işğalçı siyasətdən əl çəkə bilməyən Ermənistan dövləti sərhədboyu ərazilərdə təxribatlar törətməkdə davam edir və qonşu dövlətlərin əraziləri hesabına “böyük Ermənistan”  yaratmaq iddiasını reallaşdırmaq istəyir. Lakin  rəşadətli Azərbaycan Ordusu erməni faşistıərinin bu çirkin niyyətini ürəyində qoyub.

Faşizm ideologiyasına qatı meyilli olan işğalçı ölkənin baş naziri Nikol Paşinyanın sərhədboyu ərazilərdə genişmiqyaslı təxribatlar törədilməsinə rəvac verməsi davam edir. Bu dəfə artıq Paşinyan ölkəmizə qarşı  açıq şəkildə müharibə aparır. Təbii ki, qüdrətli ordumuz Ermənistan silahlı qüvvələrinin bu arzusuna çatmasına imkan verməzdi. Bir neçə gündür ki, Ermənistan ordusuna  sarsıdıcı zərbələr vuran Silahlı Qüvvələrimiz 27 ildən artıqdır ki, işğal altında olan Füzuli rayonunun beş və Cəbrayıl rayonun iki kəndini azad edib. Hazırda digər ərazilərimizin də işğaldan azad edilməsi uğrunda döyüşlər davam edir. Erməni hərbçiləri Azərbaycan ordusu qarşısında davam gətirə bilmir, ağır itkilər verərək silah-sursatını atıb qaçırlar.

Belə çətin  və ağır bir məqamda, Vətənimizin, xalqımızın taleyüklü problemlərinin  həllində  kimliyindən  və siyasi əqidəsindən asılı olmayaraq hər birmiz Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşməli, düşmənə layiq  olduğu yerin göstərilməsində köməyimizi əsirgəməməliyk. Axı, bütün dünyaya da bəllidir ki, biz öz torpağımızda döyüşürük. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Bu günlərdə  Azad Respublikaçılar Partiyasının da həmrəy olduğu 50 siyasi partiya birgə bəyanat verərək dövlət başçımızın yanında olduğunu, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda sona qədər birlikdə mübarizə aparacağımız bildirmişik.  Xatırladım ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və Azərbaycan -- Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribatlar ilə əlaqədar da bizim də partiyamız daxil olmaqla Azərbaycanda qeydiyyatda olan və fəaliyyət göstərən 43 siyasi partiya tərəfindən milli həmrəyliyə dair bəyanat qəbul edilmişdi. Bu, ölkəmizin siyasi həyatında ilk belə hadisə idi. Bu həmrəylik dövlətimizin başçısına olan inam və etimadın göstəricisi idi. Bu dəfə isə artıq 50 siyasi partiya həmrəylik nümayiş etdirirb.   Siyasi partiyaların belə bir gündə birlik və bərabərlik nümayiş etdirmələri, xalqın, dövlətin, Ali Baş Komandanın yanında olmaları, hamıya nümunə olmalıdır. Bu, həm də siyasi həmrəyliyin, Azərbaycanda yaşanan siyasi birliyin təcəssümüdür.

Əslində, xalqını, millətini sevən, dövlət maraqlarını hər şeydən üstün tutan hər bir vətənpərvər şəxs  bu addımı atmalıdır.    Ölkəmizin ərazi bütövlüyü, Ermənistanın işğalçı siyasətinə etiraz və xalqın haqq tələbi ölkə siyasətçilərini bir araya gətirməlidir. Belə də oldu və 50 siyasi partiya həmrəylik nümunəsi göstərdi.  Siyasi partiyaların rəhbərləri öz birgə bəyanatında Ermənistanın işğalçı siyasətini şiddətlə qınayır,  mülki əhalinin yaşadığı kəndlərin  artilleriya silahından atəşə tutulmasını, günahsız insanların qətlə yetirilmələrini insanlığa qarşı törədilən  cinayət hesab edir. Siyasi partiyalar haqlı olaraq tələb edirlər ki, bu hərbi cinayət  beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilsin.

Siyasi partiyalar, həmçinin  beynəlxalq hüququn aliliyinin bərqərar olunmasını bir tələb kimi qarşıya qoyurlat.  1993- cü ildə  BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin bu vaxta qədər  icra olunmaması  dünyada baş verən ikili standartların  təsdiqidir. Çünki BMT  Təhlükəsizlik Şurasının digər ölkələr haqqında qəbul etdiyi qətnamələr mürəkkəbi qurumamış icra olunr. Mötəbər bir təşkilatın qəbu etdiyi qətnamədən 27 il keçməsinə baxmayaraq, icra olunmaması həm həmin təşkilatın adına, həm də beynəlxalq hüquq normalarına qara ləkədir.  İmzaladığı  bəyanatda bu rüsvayçılığa, o cümlədən  Azərbaycana qarşı tətbiq olunan ikili standartlara son qoyulmasını tələb edirik.

Biz, eyni zamanda,  öz birgə bəyanatımızda Ermənistanda yaşanan problemləri sadalayır və ictimai diqqətin yayındırılması üçün erməni iqtidarının hərbi təxribatlar ilə məşğul olduqlarını bildirirlər.  Hazırda iflasa uğrayan Nikol Paşinyan  və onun komandası hakimiyyəti əllərində saxlamaq üçün  daxili siyasi mübarizəni arxa plana çəkməklə, əhalinin firkini başqa istiqamətə yönəldir,  mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur, guya, Ermənistanın “ərazisini” qoruduqları barədə fikir formalaşdırmaq istəyirlər. Rəsmi Yerevanın, onun başçısı Nikol Paşinyanın  militarist bəyanatları, məsuliyyətsiz bəyanatları Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini mümkünsüz edir. İşğalçı ölkənin əsas məqsədi mövcud status-kvonu saxlamaqdır.  Siyasi partiyaların rəhbərləri dövlət başçısının mövqeyini, siyasi strategiyasını  dəstəkləyir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirirlər.

Azərbaycan daim  ədalətli və məsuliyyətli mövqe nümayış etdirir, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinin tərəfdarı olduğunu bəyan edir.  Siyasi partiya rəhbərlərinin birgə bəyanatında Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi  Azərbaycanın ədalətli mövqeyindən xəbər verir.

Ermənistanın təxribatlarına susmaq və onları qınaq predmetinə çevirməmək  siyasi  riyakarlığın, ikili standartların  təzahürüdür. Biz,  siyasi partiya rəhbərləri öz birgə bəyanatımızda Ermənistanın işğalçılıq siyasətinə beynəlxalq təşkilatların göz yummasını  kəskin pisləyir və  özlərini insan hüquq və azadlıqlarının, demokratiya tərəfdarları kimi təqdim edən beynəlxalq təşkilatlardan, xüsusilə ATƏt-in Minsk qrupundan  adekvat tədbirlərin görülməsini tələb edirik. Ermənistanın atəşkəsi mütəmadi pozmasına, sərhədboyu ərazilərdə təxribatlar törətməsinə laeyd münasibət və sanksiyaların tətbiq olunmaması beynəlxalq  təşkilatlara olan inamı heçə endirir.  

Ölkənin 50 siyasi partiyası Prezident, Ali Baş Komandan  İlham Əliyevin yanında olduqlarını bir daha bəyan edir. Bu, indiki məqamda  milli və siyasi həmrəyliyin parlaq göstəricisidir.

Təəssüf ki, Vətənimizin və xalqımızn takeyüklü problemlərinin müdafiəsində yenə də radikal müxalifət öz maddi maraqlarına üstünlük verdi və siyasi partiyaların həmrəylik çağırışına qoşulmadı. Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri onların səmimi olmadıqlarını və əsl simalarını göstərir.

Biz birlikdə hər şeyə qalib gələcəyik və torpaqlarımızı düşməndən azad edəcəyik. O gün lap yaxındadır.

Kamil SEYİDOV,
Azərbaycan Azad Respublikaçılar Partiyasının sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru

29 Sentyabr 2020 14:43 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə