Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

O gün həqiqətən uzaqda deyil

Əmək və əhalinin sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) informasiya və kommunikasiya şöbəsindən maraqlı və duyğulandırıcı addım atılmışdır. Onlar qələbəyə olan inamlarını “O gün uzaqda deyil!” başlığı altında toplanmış fotoların dili ilə çatdırmışlar.

Təqdim olunan fotolardan birində vətəndaşa müraciətlə ”Hörmətli vətəndaş! Pensiya kartınız hazırdır. Zəhmət olmasa Şuşa şəhər DOST Mərkəzinə yaxınlaşın”--yazılıb. Digər fotoda laçınlılara müraciət ünvanlanıb: “Hörmətli vətəndaş, özünüməşğulluq proqramına cəlb edilmək üçün Laçın şəhərindəki Məşğulluq Mərkəzinə müraciət edə bilərsiniz”.

“Sosial saat” efirdə verilişinin Xankəndidən canlı  yayım  fotosu da, “Sosial bağlar” layihəsinin Zəngilanda olduğunu bildirən foto kimi qələbə sevincinin yaxında olmasından xəbər verir.

ƏƏSMN-nin bu təşəbbüsü alqışa layiqdir və hər birimiz bu elan-fotoların gerçəkləşməsini arzulayırıq.

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

29 Sentyabr 2020 14:04 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə