Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Prezidenti : Dağlıq Qarabağ problemi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır

"Ermənistan Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi yalnız beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, Ermənistan ordusunun işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tamamilə geri çəkilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır."

Bunu Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş katibi Antonio Guterres ilə video konfrans metodu  görüşündə deyib.

Azərbaycan Prezidenti  bildirib ki, Quterreşə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir. 

Ölkə başçısı həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar, hücumlar barədə məlumat verib. Hərbi və mülki itkilər verdiklərini və Azərbaycanın müdafiə məqsədi ilə əks hücuma başladığını bildirib.

Ermənistan rəhbərliyinin danışıqlar prosesini bilərəkdən pozduğunu və Ermənistan Baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistandır” bəyanatını prosesə ciddi zərbə vurduğunu söyləyib.

"Xalq" qəzeti

29 Sentyabr 2020 12:39 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə