Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təcavüzkar dövlətə layiq olduğu yer göstərilməlidir

Nikol Paşinyan Ermənistana  rəhbərlik edən gündən indiyədək Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında bir addım da olsun irəliləyiş olmayıb. Əksinə, onun hakimiyyətə gəldiyi günə qədər münaqişənin danışıqlar vasitəsilə nuzamlanması istiqamətində az da olsa, konsrtuktiv mövqe  müşahidə olunurdu. Bu məsələ hazırda tamamailə  heçə enib. Ölkəni idarə etmək qabiliyyətində olmayan Paşinyan tez- tez Azərbaycanın işğal altındakı ərazilərinə səfər etməklə, həmçinin oğlunu  “hərbi xidmət keçmək” üçün  həmin əraziyə göndərməklə qondarma Dağlıq Qarabağ respublikasının müstəqil oması barədə beynəlxalq aləmdə fikir formalaşdırmaq istəyirdi.

Halbuki, indiyədək dünyanın heç bir ölkəsi və hər hansı bir beynəlxalq təşkilat Dağlıq Qarabağı müstəqil respublika kimi tanımayıb. Hətta Ermənistanın özü də bu vaxta qədər Dağlıq Qarabağı  müstəqil respublika kimi tanımayıb və tanıya da bilməz. Çünki  Dağlıq Qarabağ əzəli və qədim Azərbaycan ərazisidir. İndiyədək bu bölgədə keçirilən seçkilərin nəticələri də beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən tanınmayıb.

Nikol Paşinyan ölkəyə rəhbərlik edən vaxtdan əsas məqsədi münaqişənin dinc yolla  nizamlanması ilə yox, sərhədboyu ərazilərdə təxribatlar törətməklə məşğul olub. Bu gün də  beynəlxalq hüquqa zidd əməllərindən əl çəkmir, sərhədboyu ərazilərdə təxribatlar törətməklə münaqişəni daha da alovlandırır və artıq müharibə həddinə çatdırıb.

İyul ayında Azərbaycan düşmənə layiqli cavab verdi, öz ərazi bütövlüyünü qorudu. Bir daha göstərdi ki,  ölkəmizlə  hədə-qorxu dili ilə danışmaq mümkün deyil və bu yola əl atanlar  peşman olacaq. Necə ki, oldu.  Əfsus ki, bu, onlar üçün dərs olmadı. Halbuki, Nikol Paşinyan və onun havadarları  bu acı məğlubiyyətdən nəticə çıxarmalı idilər. Ermənistan rəhbərliyi və ona havadarlıq edənlər bilməlidirlər ki, Azərbaycan Ordusu işğal altındakı əraziləri azad etməyə qadirdir. Axı Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordularından biridir.  Görünür, Ermənistan rəhbərliyi bu həqiqəti qəbul etmək istəmir və ona görə də sərhədboyu ərazilərdə  yenidən təxribatlar törətməyə başladı, özü də planlı şəkildə. Dövlətimizin başçısı da Təhlükəsizlik Şurasının iclasında bunu bir daha bəyan etdi: “Bildirməliyəm ki, Ermənistanın hərbi təxribatı planlaşdırılmış təxribatdır. Onlar bu təxribata uzun müddətdir ki, hazırlaşırdılar. Bizdə olan operativ məlumat onu göstərirdi ki, Ermənistan bizə qarşı yeni müharibəyə başlamaq fikrindədir. Mən bu məsələ ilə bağlı artıq son bir həftə ərzində bir neçə dəfə həm televiziya kanallarında müsahibəmdə, eyni zamanda, BMT kürsüsündən çıxış edərkən öz fikirlərimi bildirmişdim və demişdim ki, təcavüzkar dövlət dayandırılmalıdır. Onlar yeni müharibəyə hazırlaşırlar”.

İşğalçı ölkə bu dəfə də cavabsız qalmadı. Özü də əvvəlkilərdən də  dəfələrlə artıq.  Möhtərəm Prezidentimiz Təhlükəsizlik  Şurasının iclasında bu barədə də məlumat verdi. Dedi ki, Azərbaycan Ordusu bu hərbi təxribata cavab olaraq, hazırda əks-hücum əməliyyatı keçirir. Əməliyyat uğurla keçirilir. Prezident Administrasiyasına, eyni zamanda, Müdafiə Nazirliyinə göstəriş verildi ki, əhali müntəzəm olaraq hadisələrin gedişatı ilə bağlı məlumatlandırılsın. Uğurlu əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük ziyan vurulmuşdur. Əks-hücum nəticəsində Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi işğalçılardan azad edilib. Xalqımız üçün çox sevindirici və qürurverici hadisə  ilə əlaqədar möhtərəPrezidentimiz  bu münasibətlə bütün Azərbaycan xalqını təbrik  də etdi.

Tovuz hadisələrindən sonra  işğalçı ölkəyə bir neçə dəfə xəbərdarlıq edilmişdi ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr və sərhədboyu ərazilərdə yenidən təxribatlar törətməyə cəhd etsələr,  peşiman olacaqlar.  Axı, bu ölkənin rəhbirliyi 2016-cı  və  2018-ci il hadisələrindən niyə ibrət dərsi götürmür?  Görünür, bu acınacaqlı məğlubiyyətlərdən sonra hələ də  “güclü Ermənstan ordusuna” ümid edir.  Təəsüf ki, yanılır. Çünki Ermənistan ordusu yalnız onların xəyallarında gücldür. Əslində isə Azərbaycan Silahlı  Qüvvələri qarşısında cılız və çox zəifdirlər. Bunu son günlərin hadisələri də təsdiqləyir.

2016 və 2018 – ci illərdə  olduğu kimi, bu dəfə də erməni hərbçiləri silah-sursatı atıb qaçırlar.  Bu da qorxaqlığın və acizliyin əlamətidir.  Belə qorxaq  əsgəri olan ölkə qüdrətli Azərbaycan Ordusunun qarşısına hansı hünərlə  çıxır? 

Azərbaycan  Silahlı Qüvvələrində,  bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə  böyük ruh yüksəkliyi var.  Orduya könüllü yazılanların sayının gündən –günə artması da bunu təsdiqləyir.  Bu, xalqımızın dövlət başçısına olan inam və etimadının, öz dövlətinə sadiqliyinin  gösrəticisidr. Bu inam bizi addım-addım qələbəyə yaxınıaşdırır.

Vüqar ƏLİYEV,
Xəzər Rayon Gənclər və İdman idarəsinin rəisi

29 Sentyabr 2020 12:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
30 Oktyabr 2020 | 03:05
Biz haqlıyıq, biz güclüyük!

Köhnə versiyamızdan xəbərləri izlə