Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 356 Bakı şəhəri, 26 sentyabr 2020-ci il 
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli və “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 383 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1537) ilə təsdiq edilmiş “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim Qaydası”nın 1.2-ci bəndində “iqtisadi mübahisələr” sözləri “kommersiya mübahisələri” sözləri ilə əvəz edilsin. 
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 385 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 9, maddə 1539) ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın 7.2-ci bəndində “iqtisadi mübahisələr” sözləri “kommersiya mübahisələri” sözləri ilə əvəz edilsin. 
 
 
Əli Əsədov
Azərbaycan Respublikasının Baş Naziri
29 Sentyabr 2020 00:20 - NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə