Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Qarabağ"ın oyununa görə UEFA-ya müraciət olundu

AFFA Polşada “Legiya” və “Qarabağ” arasında keçiriləcək Avropa Liqasının pley-off oyunu ilə əlaqədar UEFA-ya müraciət ünvanlanıb.

Sportline.az milli assosiasiyanın rəsmi saytına istinadən məlumatına görə, bu addım son günlər Ermənistan – Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətləri nəzərə alınaraq, atılıb. 

Müraciətdə Avropa Liqasında qrup mərhələsinin 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj” – “Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, “Legiya” – “Qarabağ” oyununda ermənilərin siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA-nın qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşması vacibdir.

Qeyd edək ki, oktyabrın 1-də Polşanın paytaxtı Varşavadakı “Wojska Polskiego” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. 

Salman MUSAOĞLU,
“Xalq qəzeti”

29 Sentyabr 2020 10:53 - İDMAN
İDMAN
27 Oktyabr 2020 | 01:31
Levandovskidən yeni rekord
25 Oktyabr 2020 | 00:37
Həftənin ən gözəl qolu
20 Oktyabr 2020 | 00:27
Premyer Liqada yeni rekord
19 Oktyabr 2020 | 14:47
Kosta 6 oyunluq sıradan çıxıb
18 Oktyabr 2020 | 01:36
5 illik müqavilə təklifi

Köhnə versiyamızdan xəbərləri izlə