Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Zinəddin Zidan “Barselona”nı tərifləyib

Madridin “Real” futbol klubunun baş məşqçisi Zinəddin Zidan əzəli rəqibləri “Barselona”nın hazırkı durumuna münasibət bildirib. Fransalı mütəxəssis cari mövsümdə də Kataloniya klubunun La Liqada “Real”ın əsas rəqibi olacağını düşünür. Bu barədə “Futbolhd.ru” məlumat yayıb.
Zinəddin Zidan istənilən halda “Barselona”nın təhlükəli komanda olduğunu vurğulayıb. O deyib: “Rəqibə daim hörmətlə yanaşıram. Komandanın daxilində nə baş verdiyini bilmirəm, buna qarışmaq da istəmirəm. Hər klubun problemləri və çətinlikləri olduğunu düşünürəm. “Barselona” heyət baxımından bütün turnirlərdə titul uğrunda mübarizə aparacaq klubdur. Buna şübhə etmirəm”.
Qeyd edək ki, “Real” La Liqada yeni mövsümün ilk oyununda “Real Sosyedad”la qolsuz bərabərə qalıb. “Barselona” isə ilk matçda  “Vilyarreal”a 4:0 hesabı ilə qalib gəlib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

29 Sentyabr 2020 00:59 - İDMAN
İDMAN
27 Oktyabr 2020 | 01:31
Levandovskidən yeni rekord
25 Oktyabr 2020 | 00:37
Həftənin ən gözəl qolu
20 Oktyabr 2020 | 00:27
Premyer Liqada yeni rekord
19 Oktyabr 2020 | 14:47
Kosta 6 oyunluq sıradan çıxıb
18 Oktyabr 2020 | 01:36
5 illik müqavilə təklifi

Köhnə versiyamızdan xəbərləri izlə