Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neft hasilatı 10 faiz azala bilər

Rusiyanın Energetika naziri Aleksandr Novak bildirib ki, dünyada neft hasilatı daha 10 faiz azala bilər.
O, qeyd edib ki, COVID-19 pandemiyasına görə, ən çox ziyan çəkən yanacaq və energetika sahəsidir.
Nazir bildirib ki, Rusiya OPEC+ dövlətləri ilə birlikdə neftin qiymətinin balaslaşdırılmasını qərara  alıb.
TASS-ın məlumatına görə, dünya bazarında “qara qızıl”ın qiymətinin artması tezliklə mümkün olmayacaq.
Qeyd edək ki, dünya bazarında neftin bir barelinin qiyməti 41-43 dollar arasındadır.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

29 Sentyabr 2020 00:58 - İQTİSADİYYAT
İQTİSADİYYAT
12 Oktyabr 2020 | 11:13
Azərbaycan nefti bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə