Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2018-ci ildə Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 44, 46, 48 və 50 nömrəli ünvanlarda yerləşən XVII-XVIII əsrlərə aid Bakı Xanları evinin bərpası, yenidən qurulması və ətrafının abadlaşdırılması işlərinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2018-ci ildə Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 44, 46, 48 və 50 nömrəli ünvanlarda yerləşən XVII-XVIII əsrlərə aid Bakı Xanları evinin bərpası, yenidən qurulması və ətrafının abadlaşdırılması işlərinin satınalınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Lot-1. 2018-ci ildə Bakı şəhəri, Səbail rayonu, Böyük Qala küçəsi 44, 46, 48 və 50 nömrəli ünvanlarda yerləşən XVII-XVIII əsrlərə aid Bakı Xanları evinin bərpası, yenidən qurulması və ətrafının abadlaşdırılması işlərinin satınalınması.
Tenderdə iştirak etmək istəyənlər 150 manat iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Bakı şəhəri, Asəf Zeynallı küçəsi 20 nömrəli (əlaqələndirici şəxs: Nadir Quliyevdən, telefon: 012 492-11-75) ünvandan ala bilərlər. 
VÖEN: 1700711731
H/h: AZ20IBAZ38090019446067875204
Bank: ,,Azərbaycan Beynəlxalq Bank”nın Mərkəz filial
Kod: 805722
M/h: AZ03NABZ01350100000000002944
VÖEN BANK: 9900001881
SWIFT: IBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; 
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; 
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri; 
- digər sənədlər: analoji işlərin yerinə yetirilməsinə dair iddiaçının potensial imkanları haqqında məlumat və Dövlət Sosial Müdafiə Fonduna borcun olub - olmamasına dair arayış.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib edilməlidir (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır).
 Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. 
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 27 avqust 2018-ci il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 7 sentyabr 2018-ci il saat 17.00-a qədər “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Bakı şəhəri, Səbail rayonu Asəf Zeynallı küçəsi 20 nömrəli ünvana təqdim etməlidirlər. 
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. 
İddiaçıların təklifləri 10 sentyabr 2018-ci il saat 11.00-da göstərilən ünvanda açılacaqdır.
 

Tender komissiyası

7 2018 22:22 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
21 Sentyabr 2019 | 10:29
Bildiriş
21 Sentyabr 2019 | 10:28
B i l d i r i ş
21 Sentyabr 2019 | 10:27
B İ L D İ R İ Ş
21 Sentyabr 2019 | 10:27
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə