Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukrayna Ali Radası sədrinin birinci müavini :Biz ilk gündən Azərbaycanın ərazi bütövlüyünü və onun bərpa olunmasını dəstəkləyirik.

Beynəlxalq hüququn bütün tələblərinə görə dövlətin ərazi bütövlüyünün toxunulmazlığı, o cümlədən ərazi bütövlüyünün bərpası üçün hər hansı imkandan istifadə edilməsi nəzərdə tutulur. Biz ilk gündən Azərbaycanın ərazi bütövlüyünü və onun bərpa olunmasını dəstəkləyirik.

Bu sözləri Ukrayna Ali Radası sədrinin birinci müavini Ruslan Stefançuk söyləyib.

O qeyd edib ki, rəsmi Kiyevin mövqeyi beynəlxalq hüququn tələblərinə, suverenlik və ədalət prinsiplərinə əsaslanır.

R.Stefançuk deyib: “Bizim ərazi bütövlüyümüz də separatizmdən əziyyət çəkir. Bu mənada biz dost Azərbaycanın bu ağrılı problemini yaxşı başa düşürük. Azərbaycan Respublikasının ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir, ərazi bütövlüyünün pozulmasını və Azərbaycan torpaqlarının işğalını qətiyyətlə pisləyirik”.

28 Sentyabr 2020 10:57 -

Köhnə versiyamızdan xəbərləri izlə