Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaralıları Qarabağdan Ermənistana aparırlar

Səhiyyə sisteminin bütün mənbələri hərbi əməliyyatlarda zərər çəkənlərə tibbi yardım göstərməyə yönəlib. Bu haqda məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Mənbə bildirir ki, 27 sentyabr, saat 21: 00-a qədər işğal edilən Dağlıq Qarabağdan Ermənistanın müxtəlif tibb mərkəzlərinə 18 yaralı çatdırılıb.

Bunlardan 7-si mülki, 11-i hərbi qulluqçulardır. Çoxunun qəlpə yarası var.

Həkimlər müayinə mərhələsində olan 9 yaralının vəziyyətini qənaətbəxş, üçünü orta, ikisini ağır, ikisini kritik qiymətləndirirlər. Bir nəfər isə artıq xəstəxanadan buraxılıb.

Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”

28 Sentyabr 2020 10:51 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Oktyabr 2020 | 01:46
CƏBHƏDƏ SON VƏZİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə