Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vuqar Bayramov: Füzuli rayonu istiqamətində intensiv döyüşlər davam edir

Füzuli rayonundan Milli Məclisin deputatı Vüqar Bayramov mediaya hadisə yerindən açıqlamasında bildirib: Sentyabrın 27-dən 28-ə keçən gecə Füzuli rayonu istiqamətində intensiv döyüşlər davam edib. Azərbaycan ordusu döyüş şəraitinə tam nəzarət edir.

Deputat onu da qeyd deyib ki, erməni silahlı qüvvələri tərəfindən mülki vətəndaşların atəşə tutulması faktları var.

Vüqar Bayramov vurğulayıb ki, dünən səhərdən etibarən minlərlə Füzili sakini toplaşaraq Ali Baş Komandana və orduya öz dəstəklərini nümayiş etdiriblər: “Füzuli sakinləri Ali Baş Komandanımızın ətrafında sıx birləşib və böyük  qələbənin tezliklə əldə ediləcəyinə tam inanırlar. Ordu və əhali arasında əhval-ruhiyyə kifayət qədər yüksəkdir. Mülki vətəndaşlarımızın təhlükəsizliyi təmin edilib və bu istiqamətdə işlər davam etdirilir”.


R.TAHİR,
“Xalq qəzeti”

28 Sentyabr 2020 10:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə