Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Millətlər Liqasında ilk sevincimiz

Millətlər Liqasında ilk sevincimiz

Azərbaycan milli  komandasının  futbolçuları  və  pərəstişkarları  UEFA  Millətlər  Liqası  turnirində  ilk qələbə sevinci  yaşamışlar. “D”  divizionunun 3-cü  qrupunda  çıxış  edən  yığmamız üçüncü  turda Torshavn  şəhərində  Farer  adaları  komandasına  qalib gəlmişdir. Başlıcası  isə  Azərbaycan futbolçuları  səfərdə  özlərini evdəki  kimi  hiss etmiş, oyunları  xoş  təsir  bağışlayan meydan sahibləri  ilə görüşdə çox  mühüm 3  xalı  rəqib  qapısına üç  dəqiq  zərbə ilə qazanmışlar – 3:0.
Millimizin bu  turnir  çərçivəsində  ilk  qələbəsini Riçard  Almeydanın  vurduğu iki  top (birini penalti ilə)  və  Dmitri Nazarovun sərrast  zərbəsi  təmin etdi.
Ümidverici,  finişdə Azərbaycan komandasını qrupun lideri mövqeyində  görmək  istəyimizə  inamı  artıran  çox  mühüm qələbədir. İndi  qalır qrup  mərhələsinin  ikinci  dövrəsində  bu  müvəffəqiyyəti  daha  da  inkişaf  etdirib  məqsədə çatmaq.
Üçüncü  tur  Kosovo  komandası  üçün də uğurlu  olmuşdur.  Lider öz  meydanında  Malta futbolçuları  ilə  görüşdə  3:1  hesabı  ilə  qələbə sayəsində  xal  ehtiyatını 7-yə  çatdırıb  birinci  dövrəni  birinci yerdə  başa  vurmuşdur.  Onun ən  yaxın izləyicisi  Azərbaycan komandasının 5, Farer  adalarının 3, Maltanın 1  xalı  var.
İkinci  dövrənin  ilk  görüşləri  sabah   keçiriləcəkdir.  Azərbaycan  futbolçuları 4-cü  turda  Bakı Olimpiya  Stadionunda  başda  İvan Bebek  olmaqla  xorvatiyalı  hakimlər  briqadasınını  idarə edəcəyi oyunda Malta   yığmasını  qəbul edəcəklər, Kosovo ­komandası  isə Farer  adalarında qonaq olacaq.
Oktyabrın  11-də  bizim  qrupda  keçirilmiş  iki  oyunla  yanaşı,  digər  divizionlarda  da bir  neçə  görüş  olmuşdur. Onların nəticələrini  diqqətinizə  çatdırırıq: Polşa – Portuqaliya – 2:3, Rusiya – İsveş – 0:0, İsrail – Şotlandiya – 2:1, Litva – Rumıniya – 1:2, Çernoqoriya – Serbiya – 0:2.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

 

12 Oktyabr 2018 22:55 - İDMAN
İDMAN
22 Noyabr 2019 | 09:45
Skolariyə təklif göndərilib
20 Noyabr 2019 | 23:39
Mourinyo “Tottenhem”də

Köhnə versiyamızdan xəbərləri izlə