Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tezliklə qələbə xəbərini paylaşacağıq

Bu gecədən başlayaraq, Azərbaycana qarşı hücumlarını yeniləyən Ermənistan bir daha sübut etdi ki, sülh və sabitliyin önündə ən böyük əngəldir. Havadarlarına güvənən bu bədnam ölkə işğalçılıq siyasətini davam etdirməklə özünü necə rəzil duruma saldığını bir daha göstərdi.  Ermənistanı dəstəkləyən ölkələr işğalçının, haqsızın yanındadırsa, Azərbaycanın tərəfində olan, işğala məruz qalanın, haqlı tərəfin yanındadır. 

Qardaş Türkiyə həmişə Azərbaycanın yanında olub. Prezident Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, türk milləti hər zaman olduğu kimi bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanındadır. Rəcəb Tayyib Ərdoğan öz Tvitter səhifəsində yazıb:

"Erməni xalqını onları fəlakətə sürükləyən hakimiyyətlərinə və onları kukla kimi istifadə edənlərə qarşı öz gələcəklərinə sahib çıxmağa çağırıram. Eyni zamanda bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram".

Biz qardaş Türkiyənin Azərbaycana dəstəyini həmişə, bu gün isə daha çox hiss edirik. Ordumuz işğalda olan torpaqları azad etmək üçün savaşa qalxan andan da əvvəl Türkiyə Azərbaycanın yanında olduğunu dəfələrlə bəyan edib. Prezident Ərdoğanın bugünkü çağırışı isə onun Cənab İlham Əliyevə, xalqımıza olan münasibətinin təsdiqidir.

Var olsun, Türkiyə - Azərbaycan qardaşlığı və dostluğu. Ordumuz bütün cəbhə boyu irəliləyir. Tezliklə qələbə xəbərini paylaşacağıq. Buna əminik.

Arzu BAĞIROVA,
QHT sədri

28 Sentyabr 2020 10:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
26 Oktyabr 2020 | 16:20
Biz Qubadlıya qayıdırıq

Köhnə versiyamızdan xəbərləri izlə