Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib

Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilib. Düşmən sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.

 

28 Sentyabr 2020 09:49 -

Köhnə versiyamızdan xəbərləri izlə