Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan və Estoniya XİN rəhbərləri cəbhədəki vəziyyət barədə danışıblar

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovun Estoniya Xarici İşlər naziri Urmas Reinsalu ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, bölgədə davam edən gərgin vəziyyətdən narahatlığını ifadə edən Estoniya Xarici İşlər naziri tərəfləri təmkinli davranmağa çağırıb və münaqişənin dialoq yolu ilə həllinin vacibliyini qeyd edib.

Öz növbəsində, nazir Ceyhun Bayramov estoniyalı həmkarını Ermənistanın davam edən son dərəcə təxribatçı addımlarının ardı olaraq, 27 sentyabr tarixində cəbhə boyu Azərbaycana qarşı yeni təcavüz aktı törətdiyini və Azərbaycan silahlı qüvvələrinin buna cavab olaraq əks tədbirlər gördüyünü bildirib. Azərbaycanlı mülki şəxsləri və obyektləri məqsədyönlü şəkildə hədəfə alan Ermənistan tərəfinin bu dəfə də beynəlxalq humanitar hüququ kobudcasına pozaraq dinc əhalini artilleriya atəşinə tutduğu və nəticədə Azərbaycanın mülki əhalisi arasında itkilərin olduğu qarşı tərəfin diqqətinə çatdırılıb. Azərbaycan silahlı qüvvələrinin öz beynəlxalq tanınmış sərhədləri çərçivəsində mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün düşmən qüvvələrinə qarşı cavab tədbirləri gördüyü vurğulanıb. Nazir Ceyhun Bayramov bölgədə yaşanan bu gərginliyin tam məsuliyyətinin Ermənistan üzərində olduğunu qarşı tərəfin diqqətinə çatdırıb.

28 Sentyabr 2020 02:19 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə