Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mövlud Çavuşoğlu: Meydanda və masa araxasında Can Azərbaycanla birlikdəyik

Ermənistan yenə də həddini aşıb. Bu dəfə cavabını meydanda alır. Meydanda və masa axtasında Can Azərbaycanla birlikdəyik.

AZƏRTAC xəbər verir ki, bu sözlər Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun sosial şəbəkə hesablarında etdiyi paylaşımda yer alıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olduğunu xatırladan nazir əlavə edib: “Mən də Azərbaycanın Xarici İşlər naziri, qardaşım Cehun Bayramov və Rusiya Xarici işlər naziri Sergey Lavrov ilə danışdım. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə təmaslarımız davam edir”.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

27 Sentyabr 2020 20:29 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə