Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Leyla Abdullayeva: Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq

İşğalçı Ermənistanın silahlı qüvvələrinin baş qərargah rəisi bu gün verdiyi açıqlamasında Azərbaycan xalqının ünvanına nifrət məzmunlu irqçi ifadələr işlədib. Bu bəyanat Ermənistanda işğalçılıq, etnik nifrət və Azərbaycanofobiyanın dövlət siyasəti olduğunun bariz göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin açıqlamasına dair şərhində deyilir.

L.Abdullayeva bildirib: “XXI əsrdə digər xalqlar haqqında belə fikirlər səsləndirməsi Ermənistan rəsmilərinin nə qədər sivilizasiyadan uzaq olduğunu nümayiş etdirir. Biz beynəlxalq ictimaiyyəti Ermənistan rəsmisinin bu irqçi və şovinist açıqlamasını pisləməyə çağırırıq”.

 

27 Sentyabr 2020 20:10 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə