Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Xarici İşlər nazirinin rusiyalı həmkarı ilə telefon danışığı olub

Sentyabrın 27-də qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycan Respublikası Xarici İşlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı Rusiya Xarici İşlər naziri bölgədə mövcud olan vəziyyət ilə əlaqədar narahatlığını ifadə edib və atəşkəsin bərpa olunmasının vacibliyini qeyd edib.

Nazir Ceyhun Bayramov sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan mövqelərini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutaraq, Azərbaycana qarşı növbəti təcavüzə əl atdığını qeyd edib və bu hücumun Ermənistanın son aylar ərzində həyata keçirdiyi məqsədyönlü təxribatçı fəaliyyətin davamı olduğunu bildirib.

Azərbaycan tərəfinin özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə, Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks tədbirlər həyata keçirdiyi qeyd olunub.

27 Sentyabr 2020 20:08 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə