Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yüksək əhval-ruhiyyəsi, əzmkarlığı ilə seçilən Ordumuz düşmən təxribatının qarşısını layiqincə almaqdadır

Kəndlərimizin, mülki vətəndaşlarımızın düşmən atəşinə məruzqalma faktı var. Ancaq döyüş şəraiti Azərbaycan Ordusunun tam nəzarəti altındadır. Yüksək əhval-ruhiyyəsi, əzmkarlığı ilə seçilən Ordumuz düşmən təxribatının qarşısını layiqincə almaqdadır. Bu həssas məqamda milli birlik nümayiş etdirməyimiz də vətənpərvərlik hissinin göstəricisidir. Ali Baş Komandanımıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq. Bizim işimiz haqq işidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri hazırda cəbhəyanı bölgədə - Füzuli rayonunda olan deputat Vüqar Bayramov bildirib.

Vüqar Bayramov mövcud durumla bağlı davamlı olaraq insanları doğru məlumatlandırmağın, dezinformasiyaların qarşısını almağın önəmini vurğulayıb.

27 Sentyabr 2020 20:05 - CƏMİYYƏT
CƏMİYYƏT
29 Oktyabr 2020 | 11:58
Cəbhə gündəliyi, 28 oktyabr

Köhnə versiyamızdan xəbərləri izlə